Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.
Hazırda 9 minə yaxın baza stansiyası ilə Bakcell şəbəkəsi Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin 98.1%-ni əhatə edir.
Bakcell 2022-ci ildə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında mobil rabitə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Hazırda Qarabağda qurulmuş 100-dən çox baza stansiyası vasitəsilə şirkət işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirak edir.
Bakcell şirkəti müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan “NEQSOL Holding”ə daxildir. Qrupun əsas fəaliyyət istiqamətlərinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri daxildir. Qrup daxilində şirkətlərin əməliyyatları və göstərdiyi xidmətlər Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri əhatə edir.
İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təsisçisi və 100%-lik tam sahibidir. Cənab Həsənov Bakcell şirkətinin yeganə son faydalanan sahibidir.